Saytımızı qiymətləndirin


 
 

Deputatların koronavirus testinin nəticələri açıqlandı
Tarix: 23-06-2020 | Saat: 13:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

 

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, testin nəticələri ilə bağlı deputatların və Milli Məclis Aparatının əməkdaşlarının mobil telefonlarına müvafiq bildiriş gəlib.

Məlumatı "Report"a deputat Tahir Kərimli də təsdiqləyib. O bildirib ki, özünün koronavirus testinin nəticəsi neqativ çıxıb.

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri ilə bağlı parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən geniş məlumat veriləcək.



Xəbəri paylaş

369 dəfə oxunub.

Digər xəbərlər