Saytımızı qiymətləndirin


 
 

Fazil Mustafa: “Bu təxribatı polisin öz içində olan hansısa qruplar törədib”
Tarix: 10-06-2020 | Saat: 11:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Fikrimcə, polis əməkdaşlarının Yasamalda keçirdiyi həmin əməliyyat təxribatdır”.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa iyunun 8-də polis əməkdaşlarının Yasamal rayonunda keçirdiyi və 11 nəfərin saxlanıldığı əməliyyata münasibət bildirərkən deyib.

 

Fazil Mustafa hesab edir ki, bu təxribatı polisin öz içində olan hansısa qruplar törədib. “Hesab edirəm ki, bu təxribat birbaşa Daxili İşlər nazirinə yönəlib. Diqqət etsəniz ki, görərsiniz baş verənlər süni konstruksiyadır. Yəni, polis etdiyi qanunsuzluğu özü çəkib özü də yayır, sonra tutduqları adamı buraxırlar, o da döyüldüyünü deyir. Bu açıq-aşkar təxribatdır. Kimsə öz cinayətini çəkib yayarmı? Əlbəttə yox. İstəyər ki, iz qalmasın. Bəs bu məsələdə niyə izlər saxlanılıb? Fikrimcə, Daxili İşlər Nazirliyi bu məsələni ciddi şəkildə araşdırmalıdır”, - deyə deputat bildirib.

 

Fazil Mustafa bu olaylarla bağlı sərt mövqe sərgiləməsinə, polisin qanunsuzluğuna etiraz edənləri “sürü” adlandırması barədə də danışıb: “Öz dövlətinin polisinin üzərinə zibil atan vətəndaş ola bilməz. Vətəndaş nədənsə narazı ola, nəyəsə etiraz edə bilər. Amma bu cür kütləvi şəkildə birləşərək polisə qarşı hansısa hərəkətlər etmək dövlətin müəyyən dəyərlərini anlamamaqdan irəli gəlir.

 

Ona görə də biz bu kimi məsələlərə mövqe bildirməliyik. Biz polisin hüquqazidd əməllərinə də mövqeyimiz bildirdik. Həmin qanunsuzluğu törədən polislər cəzalandırılıblar və bu təqdirəlayiq haldır. Lakin xarici ölkələrin kəşfiyyat şəbəkəsində olan şəxslər ayrı-ayrı statuslarda bu məsələni qabardaraq baş verənlərdən istifadə etməklə dövlətə qarşı kampaniyaya başladılar. Polisin üzərinə zibil atanları dəstəkləmək əslində dövlətə qarşı demarş göstərmə niyyətini ortaya qoydu. Ona görə də biz onları sürü olaraq xarakterizə elədik.

 

Aydındır, başa düşdük, polisin etdiyi ədalətsizliyə, qanunsuzluğa münasibət bildirirlər. Amma bu zaman niyə zibil atanların əməlini təqdir edirlər? Biz bunu qəbul etmirik, bunların qarşısında qətiyyətlə dururuq və duracağıq”.Yenisabah

 



Xəbəri paylaş

359 dəfə oxunub.

Digər xəbərlər
9-09-2021, 12:05 Ərdoğan ABŞ-a gedəcək