Saytımızı qiymətləndirin

Qarabağ uğrunda ruhdan düşməməyə And içirəm!
Tarix: 22-05-2020 | Saat: 15:17
Bölmə:Karusel / Yazar | çapa göndər

Təəssüf ki, dünən Şuşanın başında durub onu layiqincə qoruyacağına "and" və üstündən də konyak içən düşməni sanki heç kim görmədi...
Separatçı Qarabağ rejiminin "yeni prezidentinin andiçmə mərasiminə" dava sala bilməyən Azərbaycan ordusu cəmiyyətin xeyli hissəsinin ümidlərini puç elədi. İndi bu "andiçməyə" "təxribat, şou" adı qoyub min-bir don geyindirən politoloqlar bu gündən sonra nə qədər and-aman etsələr də, onlara daha heç kim inanmayacaq.
Əvvəlcə onu soruşaq ki, bunun nəyi təxribatdır? Məgər indi 1988-ci ildir ki, Ermənistan Qarabağı özünə birləşdirmək üçün min-bir təxribata əl ata? Artıq Qarabağ məsələsində təxribat sözünün 32 yaşı var. Azərbaycanın 20 faizi işğal olunub, indi də ermənilər onu ilhaq etməyə və beynəlxalq aləmdə müstəqilliyini tanıtmağa can atırlar. Digər tərəfdən də əgər bu qondarma "respublikaya" 4-cü prezident və 7-ci çağırış deputat seçilirsə bunun nəyi təxribat adlanır? Artıq iş təxribatdan və ya şoudan keçib. 
Maraqlıdır ki, bəzi siyasətçilər isə ermənilərin bu "andiçməni" Şuşada keçirməsini Azərbaycanı qıcıqlandırmağa və ona daha sərt addımlar atmağa məcbur etmək niyyəti daşıdığını deyirlər. Cənablar, o zaman bəs niyə qıcıqlanmadı və ya bu boyda işğalın qarşısında aprel döyüşləri istisna olmaqla, Azərbaycan düşmənə qarşı nə vaxt sərt addım atıb onu işğaldan əl çəkməyə məcbur etdi?! 
   
Təəssüf, çox təəssüf ki, dünən Azərbaycan ictimaiyyətinin çox az bir hissəsi istisna olmaqla, qalanları adi günlərini yaşayırmış kimi Şuşanın başında durub onu layiqincə qoruyacağına "and" və üstündən də konyak içən düşməni sanki heç görmədilər. Sözsüz ki, bunu ilk növbədə Azərbaycan ordusu görməli idi və bəlkə də görürdü. Ancaq nə medianın, xüsusən də televiziya kanallarının, nə də sosial şəbəkələrdə müxtəlif təbəqədən olan insanların bu olaya münasibəti heç anlaşılan olmadı. 
Ancaq Azərbaycan ordusunun irimiqyaslı təliminin birdən hücuma çevriləcəyindən xoflanan Ermənistan ehtiyatı əldən verməyərək dünən dərhal "Baqramyan" döyüş poliqonunda irimiqyaslı taktiki hərbi-döyüş təlimlərinə start verdi. Təlimdə silahlı qüvvələrin artilleriya briqadasının müdafiə əməliyyatları həyata keçirilərək, əsasən, "Smerç" tipli raketdən istifadə olundu.
Təəssüf ki, Araikin "andiçmə mərasiminə" dava salmaq üçün Azərbaycan tərəfdən düşmən mövqelərinə heç olmasa uşaqların bayramlarda əylənmələri üçün alıb partlatdıqları nə bir "zırpaket" (vzırpaket - partlayıcı qutu) nə də bir tapança atan oldu. 
"Andiçmə" Azərbaycanın dalana dirəndiyini deyən Paşinyan, Ermənistanda müdafiə və xarici işlər nazirlərinin dəyişdirilməsindən sonra on illərlə baş-ayaq qalmış danışıqlar prosesinin ayağa qaldırıldığını şövqlə qeyd etdi. Erməni "nazirbaşına" görə Ermənistan ATƏT üçün Qarabağ işğalının tənzimlənməsində "tək qapıya" oyun oynalılmasının dayandırıldığına nail olub. Bundan sonra isə o, müdafiə nazirinin "müdafiə olunmaqdan əkshücuma keçmək" barədə verdiyi bəyanatla öz ölkəsinin mövqeyinin daha da möhkəmləndirildiyini diqqətə çatdırdı.    
Ermənistan mediası isə öz növbəsində Paşinyanın İranda səfəri zamanı "Artsax - bu, Ermənistandır və nöqtə" sözünün Azərbaycan, Türkiyə və hətta Rusiya üçün dəhşətli partlayıcı bir bomba olduğunu qeyd edərək, bununla illərlə erməni tarixi yaddaşının və şifrəsinin silinməsinin qarşısının almış olduğunu yazır. 
Əslində "erməni paşası" bütün kartları çevirərək işğalçı siyasi oyununu açıq şəkildə, hətta heç kimi vecinə almadan oynayır. Baxın, o, - "Ermənistanın xarici siyasətindəki yeni mövqeyinə beynəlxalq aləmin reaksiyası təəccüblü oldu; Ermənistanın yeni mövqeyi dünyaya əvvəlkindən fərqli olaraq indi daha aydındır. Həqiqətən də əvvəlkiləri anlamaq çətin idi. Qalib gəlmiş tərəf məğlub tərəfə öz kapitulyasiyasını "mərhələli" və ya "paket variantda" necə müzakirə edə bilər? Ancaq indi hər şey öz yerini tapdı və bu, Azərbaycanı hiddətləndirir ona Njdeni yada salaraq Moskvaya şikayət etmək, həmçinin raketlərlə hədələməkdən başqa bir yol qoymur" - deyərək, öz mövqeyini tam çılpaqlığı ilə ortaya qoyur.  
Bunun üstündən Azərbaycan Xarici işlər nazirliyi "andiçmə" ilə bağlı öz bəyanatında - "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni "seçkilərin" və qondarma "andiçmə" şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir", deməsi, sanki Azərbaycan cəmiyyətini bu ilhaqla barışmağa çağırır. Çünki, Ermənistanın eyni adlı qurumunun Azərbaycanın yaydığı bəyanata cavab olaraq  - "Azərbaycanın müharibə təhdidləri - istər, bu, bəyanat formasında olsun, istərsə də irimiqyaslı hərbi təlimlər şəklində, qeyri-konstruktiv mövqeyin tərkib hissədir: "Bütün bunlar Qarabağ məsələsində erməni tərəflərinin mövqelərinə və "Artsax"da baş verən demokratik proseslərə heç bir şəkildə təsir edə bilməyəcək", - deyə, bildirdiyi qəti mövqe hayların heç bir halda öz "and"larından dönməyəcəklərini təsdiq edir. 
Ancaq nə yaxşı ki, Azərbaycan XİN-nin bəyanatında sonda yumşaq da olsa - "Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir" - deyilir. 
Bu arada siyasətşünaslara bu mövzuda xalqa "təsəlliverici" yeni söz olsun deyə onu da qeyd edək ki, dünən Şuşada "andiçmə" mərasimi zamanı bir qrup şəxs Araik Arutunyanın əleyhinə aksiya keçirdi. Onlar əllərində "Saxta seçkilər" və "And içmə, biz inammırıq" yazılmış plakatlar tutaraq Azərbaycan cəmiyyətindən fəqli olaraq bu saxtakarlara qarşı öz etirazlarını bildirdilər. 
Ancaq çox istərdik ki, Azərbaycan "siyasətbazları" karıxıb gülünclüklə bunu heç də ölkə diplomatiyasının uğuru kimi qələmə verməsinlər. Çünki küçəyə çıxan ermənilər bununla heç də Qarabağın Azərbaycana qaytarılmasına çağırış etmirdilər, sadəcə öz daxili problemlərinin həllini tələb edirdilər.  
Qondarma "dqr"-ya yeni "prezident seçilmiş" Araik Arutunyanın "andiçməsinə" və 7-ci çağırış "parlament"in işinə uğurlar arzulayan Ermənistan prezidentinin - "Artsax respublikası artıq oturuşmuş dövlətdir. İndi onun geriyə dönməyəcəyi reallıqdır. ...Hələ başa çatmayan müharibə şəraitində belə, Artsax özünün dövlət və demokratik institutlarını gün-gündən möhkəmlədir", deməsinə baxmayaraq, heç bir vətənsevər Azərbaycan oğlu ruhdan düşməməlidir. 
Əks təqdirdə bu, ilk növbədə hayların və onların tərəfdarlarının, eləcə də düşməndən də betər olan Azərbaycanın daxilindəki düşmənlərin əlinə verilmiş ən böyük fürsət olar.
Əlbəttə, ola bilsin ki, Dağlıq Qarabağda ermənilərin hər bir oyununa, xüsusən də Şuşada dünənki "prezident andiçməsinə" susan və içində milli ruhu olmayan laqeydlər düşünür ki, xalq qışqırıb, yorulub nəhayət bir gün ruhdan düşəcəklər. Ancaq "bu ümidlə" yaşayanlar birdəfəlik bilsinlər ki, Qarabağı azad etmək üçün ruhdan düşməməyə əbədi olaraq And içən oğullar var və onlar həmişə də olacaqdır! Odur ki, Qarabağı azad etmək üçün ruhdan düşməməyə And içək! Qoy andımız belə olsun: Qarabağ uğrunda ruhdan düşməməyə, onu azad edəcəyimə And içirəm!
Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Xəbəri paylaş

1 797 dəfə oxunub.

Digər xəbərlər