Saytımızı qiymətləndirin


 
 

Qadını döyən avtobus sürücüsü saxlanılmayıb - DİN
Tarix: 30-06-2022 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qadını döyən avtobus sürücüsü saxlanılmayıb - DİN

 


Sumqayıtda marşrut avtobusunda baş insident zamanı sürücünün həbs edilməsilə bağlı məlumatlar yayılıb. 

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a məlumatın doğru olamdığını deyib.

"Sürücü saxlanılmayıb. Bu barədə məlumatlar əsassızdır. Müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir. Araşdırma nəticələrindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi bildirib.

Qeyd edək ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başına vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşıdır.




53 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 09:57Neft ucuzlaşdı