Saytımızı qiymətləndirin


 
 

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait 110 milyon manatı ötüb
Tarix: 02-05-2020 | Saat: 11:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Müdafiə Nazirliyi

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. 

Qarabaginfo.az xəbər verir ki, Müdafiə Nazirliyindən "Report.az"a verilən məlumata görə, cari ilin mayın 2-dək fonda 110.073.896,49 AZN, 213.577,88 ABŞ dolları, 17.566,0 avro və 5000,0 rubl vəsait daxil olub. 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.



Xəbəri paylaş

369 dəfə oxunub.

Digər xəbərlər