Saytımızı qiymətləndirin


 
 

Bakı-Sumqayıt yolundakı tıxacla bağlı rəsmi açıqlama  - Foto
Tarix: 01-04-2020 | Saat: 11:36
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakı-Sumqayıt yolundakı tıxacla bağlı rəsmi açıqlama

 

Bakı-Sumqayıt yolunda ciddi tıxac yaranıb. Bölgələrdən avtomobillərin şəhərə buraxılmadığı, Bakı, Sumqayıt və Abşeronda şəxsi maşınla küçəyə çıxmağın məhdudlaşdırıldığı bir məqamda tıxacın yaranması marağa səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev bildirib ki, bu sıxlıq zərurət olmadan evdən çıxan şəxslərlə bağlıdır: “Xəbərdarlıq olunmasına baxmayaraq, bir çox şəxs ehtiyac olmadığı halda şəxsi maşınla evdən çıxır. Şəhərin bir çox yerində və Bakı-Sumqayıt şossesində də postlarda yoxlamalar aparılır. Evdən çıxmaq icazəsi olmayan və zərurət olmadan evdən çıxan şəxslər əks yola yönləndirilərək geri qaytarılır. Buna görə də yolda sıxlıq yaranıb Vətəndaşlara bir daha müraciət edirik ki, virusun yoluxma və yayılma riskini nəzərə alaraq zərurət olmadığı halda evdən çıxmasınlar”. 


 



Xəbəri paylaş

393 dəfə oxunub.

Digər xəbərlər