Saytımızı qiymətləndirin


 
 

AMEA tərcüməçi axtarır
Tarix: 23-11-2017 | Saat: 11:38
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi Elmi tərcümə şöbəsində tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə elan edilib.

            
Modern.az-ın məlumatına görəı, müsabiqədə ingilis, rus, alman və fransız dillərində tərcüməçilik təcrübəsi olan ali təhsilli mütəxəssislər iştirak edə bilər.


Müsabiqədə iştirak etmək istəyənlər 10 gün müddətində aşağıdakı sənədləri AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə (Bakı şəh., İstiqlaliyyət küç., 30) təqdim etməlidirlər:

-       tərcümeyi-hal (CV);

-       ali təhsil haqqında diplomun surəti;

-       elmi dərəcə və elmi adlar haqqında diplomların surəti (əgər varsa);

-       şəxsiyyət vəsiqəsinin surəti.

Əlavə məlumat almaq üçün Elm və Təhsil İdarəsinə müraciət edə bilərsiniz.

Əlaqə telefonu: 012-492-65-31;

E-mail: [email protected]

 

 



Xəbəri paylaş

742 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70