Saytımızı qiymətləndirin


 
 

Bakıda mənzili olmayan deputatlara xidməti mənzil, bu mümkün olmadıqda pul veriləcək
Tarix: 11-03-2020 | Saat: 10:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı veriləcək.

 

"Qarabaginfo" xəbərinə görə, bu rayonların hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.

 

Deputat Azərbaycan Respublikası ərazisində dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil, su nəqliyyatında, gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edir. Deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.

 



Xəbəri paylaş

382 dəfə oxunub.

Digər xəbərlər