Saytımızı qiymətləndirin


 
 

Müxalifət MSK-nın qarşısına mitinq təyin etdi
Tarix: 24-02-2020 | Saat: 17:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Müxalifət Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısına mitinq təyin edib.
"Qarabaginfo"un xəbərinə görə, bu barədə D 18 Hərəkatının sədri Ruslan İzzətli məlumat yayıb.
Fevralın 29-da saat 15:00-dan 17:00-dək Mərkəzi Seçki Komissiyası qarşısında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdik.
Bakı şəhər İcra Hakimiyyətinə alternativ üçün 8 yer də təklif etmişik.
1. Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan
2. 20 Yanvar küçəsi, 2527 ünvandakı məhəllə stadionu (Moskva univermağının yaxınlığında)
3. Nəcəf Nərimanov küçəsi 55 ünvanında yerləşən “Cıdır” restoranının qarşısındakı meydan
4. Hüseyn Cavid heykəlinin ətrafındakı park (Yasamal rayonu, Elmlər Akademiyası nın yaxınlığında)
5. Qış parkı (Akademik Dram Teatrının qarşısında)
6. Mərkəzi park (Akademik Dram Teatrından yuxarı)
7. 28 May metro stansiyasının qarşısındakı meydan (Cəfər Cabbarlının heykəli ətrafında)
8. Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunun (keçmiş “Məhsul” stadionu).

Mitinq Komitəsinin üzvləri: İlqar Məmmədov (REAL), Ruslan İzzətli ( D18), Fərəc Kərimli ( Müsavat) və Fərhad Mehdiyev deputatlığa müstəqil namizəd

 



Xəbəri paylaş

437 dəfə oxunub.

Digər xəbərlər