Saytımızı qiymətləndirin


 
 

Bu dəfə ən gənc onlardır...
Tarix: 10-02-2020 | Saat: 14:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Bu dəfə ən gənc onlardır...

 

Dünənki parlament seçkilərindən sonra MSK-nın açıqladığı ilkin nəticələrə görə öndə olan namizədlər arasında gənclərin sayının çox olması diqqətçəkən məqamdır.

“Qarabaginfo"nun verdiyi xəbərə görə, bu dəfə parlamentin ən gənc deputatı 27 yaşlı Səbinə Xasıyevadır. O, 12 saylı dairədə “REAL”çı rəqibi Natiq Cəfərliyə qalib gəlib. YAP-ın namizədi olan S.Xasıyeva Lökbatan bələdiyyəsinin sədr müavini olub.

Digər gənc namizədlərin siyahısını təqdim edirik:

7 saylı Ordubad-Culfa seçki dairəsindən Cəbi Quliyev (YAP) – 30 yaş
24 saylı Nizami seçki dairəsindən Könül Nurullayeva - 35 yaş
29 saylı Səbail seçki dairəsindən Nigar Arpadarai - 38 yaş
39 saylı Kəpəz birinci seçki dairəsindən Müşfiq Cəfərov (YAP) – 39 yaş
43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Emin Hacıyev (YAP) – 38 yaş
57 saylı Kürdəmir seçki dairəsindən Əminə Ağazadə - 40 yaş
59 saylı Salyan seçki dairəsindən Jalə Əhmədova – 39 yaş
63 saylı Sabirabad birinci seçki dairəsindən Kamal Cəfərov – 31 yaş
66 saylı Biləsuvar seçki dairəsindən Bəhruz Məhərrəmov  - 37 yaş
81 saylı Beyləqan seçki dairəsindən Şahin İsmayılov (YAP) – 34 yaş
96 saylı Goranboy-Naftalan dairəsindən Anar Məmmdov (YAP) – 36 yaş
99 saylı Şəmkir kənd seçki dairəsindən Nurlan Həsənov (YAP) – 32 yaş
122 saylı Xankəndi seçki dairəsindən Tural Gəncəliyev – 40 yaş

Yuxarıda qeyd edilən gənc namizədlərdən qarşısında partiya mənsubiyyəti qeyd edilməyənlər bitərəf olanlardır. Bu siyahı MSK tərəfindən nəticələri açıqlanan 118 dairə üzrə hazırlanıb. Hazırda 7 dairənin nəticələri açıqlanmayıb. 2015-ci il parlament seçkilərində isə Şahin İsmayılov 29 yaşda deputat seçilməsi ilə ən gənc millət vəkili statusunu əldə etmişdi.



Xəbəri paylaş

469 dəfə oxunub.

Digər xəbərlər