Saytımızı qiymətləndirin


 
 

Dövlət Turizm Agentliyi: Azərbaycanda turizm polisinin yaradılması məsələsi gündəmdədir
Tarix: 29-11-2019 | Saat: 14:25
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

"Azərbaycanda turizm polisinin yaradılması məsələsi gündəmdədir".

Qarabaginfo "Report.az"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Azərbaycan Dövlət Turizm Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, turizm polisinin geyiminin hansı formada olması müzakirə edilir:" Turizm polisinə cəlb edilən polislər müxtəlif treninqlərdə iştirak edəcəklər və daha çox xarici dil bilənlər cəlb ediləcək".

Bildirilib ki, ölkəyə turist axınını təmin etmək, gələn turistlərin yenidən gəlməsi üçün şərait yaratmaq üçün bu cür addıma ehtiyac var. Turizm polisi yaranan problemin həlli istiqamətində işləri görəcək.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% və ya 264 min nəfər artaraq, təqribən, 2,7 milyon nəfərə çatıb.

Bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının milyondan artıq olacağına əsas verir.



Xəbəri paylaş

463 dəfə oxunub.

Digər xəbərlər