Saytımızı qiymətləndirin


 
 

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI
Tarix: 20-04-2019 | Saat: 10:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılıb.

 

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qarabaginfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında 8-12, Bakıda 9-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti proqnozlaşdırlır.



Xəbəri paylaş

533 dəfə oxunub.

Digər xəbərlər