Bakıda kişi arvadını qətlə yetirib.

"Qarabaginfo" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlüı Lalə Həsən qızı Qurbanovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

T.Qurbanov saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.