Saytımızı qiymətləndirin


 
 

Azərbaycan sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib
Tarix: 11-02-2019 | Saat: 10:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

sərhəd ile ilgili görsel sonucu

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan istiqa­mətində hərəkət edən 1 nə­fər naməlum şəxs müşahidə olunub. 

"Qarabaginfo" xəbər verir ki, bu barədə "Report"a DSX-nin mətbuat mərkəzindən məlumat verilib. 

Bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Res­publikası istiqa­mətində geriyə doğru qaçıb. 

Məlumata görə, “Dövlət sərhədi haqqında” qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində və­fat edib. 

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib. 

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Res­pub­likasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub. 

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.



Xəbəri paylaş

542 dəfə oxunub.

Digər xəbərlər