İspaniya kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.

"Qarabaginfo" xəbər verir ki, "Real Madrid" 1/4 finalın cavab oyununda səfərdə "Jirona" ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Qonaqların heyətində qolları 27 və 43-cü dəqiqədə Benzema, 76-cı dəqiqədə Llorente vurub. Ev sahiblərinin təsəlli qolunu isə matçın 71-ci dəqiqəsində Porro vurub.

İlk matçda da 4:2 hesablı qələbə qazanan "kral klubu" yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/2 finalın digər komandaları "Barselona", "Betis" və "Valensiya"dır.