Şəkidə 27 yaşlı gəlin itkin düşüb.

"Qarabaginfo" xəbər verir ki, rayon sakini Aynur Mahbubova Şəki rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gəlini, 1992-ci il təvəllüdlü Razmiyyə Abbasovanın 2 gün əvvəl yaşadıqları evdən çıxaraq naməlum istiqamətə getdiyi və bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.