Saytımızı qiymətləndirin


 
 

Ağdam Rayon Polis Şöbəsinin bölmə rəisləri işdən çıxarılıb
Tarix: 17-12-2018 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm / Sosial | çapa göndər

 

Ağdam Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

"Qarabaginfo" "Report.az"ın Qarabağ bürosuna istinadən xəbər verir ki, RPŞ-nın iki bölmə rəisi işdən çıxarılılb.

Məlumata görə, RPŞ-nın ictimai təhlükəsizlik bölməsin rəisi, polis polkovnik-leytenantı Razil Zeynalov və post patrul bölməsinin rəisi, polis baş-leytenantı Tacir Muradov tutduqları vəzifədən azad ediliblər.

İşdən çıxan bölmə rəislərinin vəzifələrinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Pərviz İsmayılov Ağdam RPŞ-yə rəis təyin olunub.



Xəbəri paylaş

596 dəfə oxunub.

Digər xəbərlər