Saytımızı qiymətləndirin


 
 

"Zirə" 3 xalı 3 qolla əldə etdi
Tarix: 25-11-2018 | Saat: 21:11
Bölmə:Karusel / İdman | çapa göndər

Topaz Premyer Liqasında XII turun son oyunu keçirilib.
"Qarabaginfo" xəbər verir ki, "Dalğa Arena"da "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Gənc referi Səbuhi Bayramovun idarə etdiyi görüş 3-1 hesabı ilə yekunlaşıb. Hesabı 36-cı dəqiqədə Aleksandr Dedov açıb. İlk hissəyə əlavə olunmuş dördüncü dəqiqədə isə Əfran İsmayılov hesabı bərabərləşdirib. İkinci hissədə meydan sahibləri daha iki dəfə fərqləniblər. Aleksandr Dedov özünün və komandasının ikinci qolunu vurub. Əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə isə Bilal Həmdi görüşdə son nöqtəni qoyub. Bu nəticədən sonra "Zirə" xallarının sayını 9-a çatdırıb və turnir cədvəlində "Keşlə"yə çatıb, 11 xala malik "Sumqayıt" isə hazırda 6-cı pillədədədir.

Həmçinin görüşün ikinci hissəsində hakim-inspektor Rəhim Həsənovla "Zirə" klubunun köməkçi məşqçisi Seymur Rəhimov arasında münaqişə yaşanıb və nəticədə baş hakim S. Rəhimovu texniki zonadan uzaqlaşdırıb.

Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" səfərdə "Keşlə"ni 2:1 hesabı ilə məğlub edib. "Qarabağ" evdə "Sabah"la heç-heçə edib - 1:1. "Səbail" - "Neftçi" matçı isə 0-2 hesabı ilə nəticələnib.

No automatic alt text available.



Xəbəri paylaş

566 dəfə oxunub.

Digər xəbərlər
16-06-2022, 12:58 Sabahın hava proqnozu