Saytımızı qiymətləndirin


 
 

Xəzərdə qanunsuz balıq tutmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
Tarix: 16-11-2018 | Saat: 11:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Xəzər dənizində qanunsuz balıq tutmaqda təqsirləndirilən Telman Məmmədov və Aslan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

A.Quliyevin cinayət işi hakim İbrahim İbrahimlinin və T.Məmmədovun cinayət işi isə digər hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclaslarının vaxtları hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları ilə birgə Zığ qəsəbəsi istiqamətində “Vulf” adası yaxınlığında keçirdikləri reyd zamanı icazəsiz balıq ovlayan Bakı şəhər sakinləri T.Məmmədov və A.Quliyev saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd 


Xəbəri paylaş

567 dəfə oxunub.

Digər xəbərlər