Saytımızı qiymətləndirin


 
 

Xəzər Dəniz Neft Donanmasının balansına yeni gəmi daxil edilib
Tarix: 05-10-2018 | Saat: 15:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) Xəzər Dəniz Neft Donanmasının balansına yeni gəmi daxil edilib. 

"Qarabaginfo" xəbər verir ki, bu barədə Gəmiçiliyin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, “Zirə” adlı təchizat-yedək gəmisi ilə müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.

Təchizat-yedək gəmisi yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tankına malikdir.

Uzunluğu 60, eni 16 metr, sürəti 13 uzel gəminin dedveyti 1 700, dartma qüvvəsi 75 tondur.

“Zirə” müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Onun texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə, hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.

Gəmiçilik donanmalarının müasirləşdirilməsi və gücləndirilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.



Xəbəri paylaş

659 dəfə oxunub.

Digər xəbərlər
12-10-2022, 13:27 Sabah hava necə olacaq?