Ölümcül “Polonez”lərin yeni partiyası Azərbaycana gətirildi - Video
Tarix: 28-09-2018 | Saat: 11:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər
706 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-09-2018 | Saat: 11:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə gətirilib.
"Qarabaginfo" AZƏRFAKSA.az"a istinadən xəbər verir
“Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.
Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “Polonez” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “Polonez”, həm də “LORA” kompleksləri GPS və INS sistemləri ilə idarə olunur.
Xəbəri paylaş
Digər xəbərlər
7-10-2026, 15:07
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6% artıb
19-10-2020, 17:36
Ceyhun Bayramov Azərbaycanın şərtini Fransanın XİN rəhbərinə ELAN ETDİ
24-12-2021, 16:05
NATO gəmisi Ukrayna limanına daxil olub
27-09-2026, 09:22
Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
5-05-2022, 15:30
10 mindən çox şəxsə əlillik təyin edilib - RƏSMİ
29-03-2022, 16:38
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
14-06-2025, 19:08
İsrail öldürülən komandirlərin sayını açıqladı
17-12-2021, 18:31
Komitə sədri: "Azad edilmiş şəhərlərin baş planları üzərində iş gedir"
17-10-2025, 17:25
Ermənistanda hakimiyyətlə kilsənin qarşıdurması daha da şiddətlənir

















