Saytımızı qiymətləndirin


 
 

Amerikalı ekspert: "Paşinyanın rəsmi Bakını təhrikə yönələn bəyanatları vəziyyəti daha da qarışdırır"
Tarix: 19-09-2018 | Saat: 14:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 “Nikol Paşinyanın rəsmi Bakını təhrik etməyə yönələn bəyanatları tam yersizdir, Ermənistanda və regionda vəziyyəri daha da qarışdırır”.

 "Qarabaginfo" “Report.az”a istinadən bildirir ki, amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys qeyd edib ki, N.Paşinyanın bu cür bəyanatları fonunda Türkiyə Prezidenti Azərbaycanla dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirir.

P.Teysin fikrincə, bütün bu addımlar, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin Bakıya qarşıdakı səfəri, Avropanın təhlükəsizliyi məsələləri, habelə regionun iqtisadi prosesləri ərtaflı şəkildə araşdırılmalıdır: “ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sonuncunun iqtisadiyyatına böyük zərər vuraraq Kremlin regiondakı təsirini zəiflədir. Rusiya Ermənistanın öz ordusunu beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan bütün ərazilərdən çıxartmasına nail olmalıdır”.



Xəbəri paylaş

548 dəfə oxunub.

Digər xəbərlər