Saytımızı qiymətləndirin


 
 

DİN: "İctimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur"
Tarix: 01-09-2021 | Saat: 15:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

 DİN-dən COVİD-19 pasportu olmayanlarla bağlı AÇIQLAMA: “Qəfl yoxlamalar, cərmələr və həbslər olacaq” - Guninfo.az

Sosial şəbəkələrdə Şəki şəhərində "COVID-19 pasportsuz avtobusa minmək qadağandır” xəbərdalıqları vurulan ictimai nəqliyyat vasitələrinin görüntüləri yayılıb.

Qarabaginfo.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna bildirib ki, ictimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maska tələbi var.

"Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası diqqət mərkəzində saxlanılır. Şəki şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatda COVID-19 pasportu olmayan şəxslərlə bağlı heç bir tədbir keçirilməyib", - E.Hacıyev qeyd edib.



Xəbəri paylaş

311 dəfə oxunub.

Digər xəbərlər