Saytımızı qiymətləndirin


 
 

Rəşad Böyükkişiyev necə öldürüldü? - Fotolar
Tarix: 16-07-2018 | Saat: 10:59
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Rəşad Böyükkişiyev necə öldürüldü?

 

Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, həmin əməliyyatın ffotoları yayılıb. Fotolarda əməliyyatı həyata keçirən DİN-in “Aslanlar” xüsusi təyinatlı dəstəsi və məhv edilən R. Böyükkişiyevin cəsədi öz əksini tapıb. 

Xatırladaq ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən öldürülüb. 

 





 



Xəbəri paylaş

569 dəfə oxunub.

Digər xəbərlər