Saytımızı qiymətləndirin


 
 

Türkiyə və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub
Tarix: 30-08-2021 | Saat: 22:28
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Türkiyə və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, telefon söhbətində liderlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıblar.
Türkiyə ilə Qırğızıstan arasında siyasi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi olub.

Prezident Ərdoğan Qırğızıstanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı Sadır Japarovu təbrik edib.

Qırğızıstan Prezidenti Japarov da Türkiyə prezidentinə cümhuriyyətin 30 Avqust Zəfər Bayramı münasibətilə təbrikini çatdırıb.

S.Japarov Ərdoğanın Qırğızıstan ilə Türkiyə arasında strateji əməkdaşlığın inkişafına və ölkələr arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfəni yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, sabah Ankarada açılışı olacaq Manas heykəlinə görə minnətdarlıq edən prezident Japarov bunun Qırğızıstan üçün böyük bir simvolik məna daşıdığını vurğulayıb.(Apa)



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər