“Övladlarınızı Qarabağa göndərməyin” - Hüquq müdafiəçisi erməni analarına səsləndi...
Tarix: 24-08-2021 | Saat: 12:43
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1362 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-08-2021 | Saat: 12:43
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xəbər verdiyimiz kimi, Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan jurnalistlərlə görüşü zamanı erməni ordusundakı özbaşınalıqlardan danışıb. O, bildirib ki, Ermənistan hakimiyyəti elə bir siyasət aparır ki, bu gün heç kim övladını Qarabağa əsgərliyə göndərmək istəmir. L.Alaverdyan buna görə hətta Ermənistan Müdafiə Nazirliyini də ittiham edib.
Qarabaginfo.az xəbər verir ki, Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu erməni qadınlarına səslənərək bildirib ki, övladlarınızı Qarabağa göndərməyin:
“Erməni valideynləri övladlarını niyə Qarabağa göndərsinlər ki? Qarabağ onların torpağıdır? Erməni əsgərləri Qarabağda yox, İrəvanda xidmət etməlidir. Qarabağ onların torpağı deyil, öz övladlarını orda həlak etməsinlər. Mən burdan erməni analarına səslənib deyirəm ki, övladlarınızı Qarabağa göndərməyin. Qarabağ Azərbaycan Respublikasının torpağıdır. Onlar dərk etməlidirlər ki, övladlarımız niyə Qarabağda ölməlidir? Erməni qadınları bilməlidir ki, onların övladları Ermənistan uğrunda yox, Qarabağ uğrunda gedən döyüşlərdə hədər yerə həlak olurlar.
Qaldı ki, Larisa Alaverdyanı təbdirlərdə görmüşəm, heç xoşuma gələn insan deyil. Heç vaxt onunla yaxın olmamışam və etdiyim çıxışlara görə məndən heç vaxt xoşları gəlməyib. Həmişə sözün düzünü dediyim üçün mənə milliyyətçi deyirdilər”.
Xəbəri paylaş
Digər xəbərlər
11-12-2023, 17:10
“Sədərək”də satılan bu malların mənbəyi üzə çıxdı - Video
23-07-2025, 15:30
“Magistratura formal pilləyə çevrilib” - 3300 yer boş qalıb
24-04-2022, 21:42
Bayden İsrailə səfər edəcək
27-02-2022, 13:58
Ukrayna ordusu İrpin şəhərini geri alıb
26-01-2022, 16:38
Yoluxanların sayı 3 mini keçdi
9-03-2022, 14:09
“Laçın dəhlizi”ndən hərbi məqsədlər üçün istifadə cəhdləri...
6-07-2024, 14:03
Prezident İlham Əliyev TDT dövlət və hökumət başçılarını bir daha COP29-a dəvət edib
2-01-2026, 21:45
Türkiyə də daxil olmaqla 7 ölkə Fələstin üçün çağırış edib
16-03-2022, 14:35
Aeroport yolunda ağır qəza: Yaralılar var

















