Ermənilər, bir həftədir, Tərtər meşələrindəki yanğını söndürə bilmir...-FOTOLAR
Tarix: 23-08-2021 | Saat: 17:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1428 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-08-2021 | Saat: 17:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Yəqin ki, müvafiq qurumlar Rusiya hərbi kontingentinin komandanlığına meşələrimizdəki yanğının söndürülməsi üçün tədbir görülməsi xahişi ilə müraciət edəcək...”
Azərbaycan Respublikası Tərtər rayonunun 10 Noyabr razılaşmasından sonra Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin, əslində elə dolayısıyla Ermənistanın nəzarətində qalan hissəsindəki meşəlik ərazilərdən birində bir həftədən çoxdur, başlayan yanğın hələ də söndürülməyib.
Qarabaginfo.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, yanğın əsasən Tərtər rayonunun Təpəkənd(“Tonaşen”) kəndi yaxınlığındakı meşələri bürüyüb.

Separatçı rejimin qanunsuz fövqəladə hallar xidmətindən bildirilib ki, yanğınsöndürmə işləri gecə -gündüz davam edir.
Guya erməni yanğınsöndürənlərin sayəsində “Üç uşaq” adlanan məbədlərdən birinin yaxınlığındakı yanğın söndürülsə də, coğrafi baxımdan daha mürəkkəb bir əraziyə keçib.

Azərbaycana məxsus meşələrdə əsasən ağcaqayınlar, palıdlar, vən və vələs ağacları yanıb.
İlkin məlumatlara görə, 60 hektara yaxın ərazi tamamilə yanıb.
Zəruri şərh:
Bəhs edilən ərazi ermənilərin nəzarətində olsa da, hüquqi cəhətdən Azərbaycan Respublikasına məxsusdur və yaxın gələcəkdə həmin meşələrdən Azərbaycan dövləti və xalqı da yararlanacaq. Odur ki, yəqin ki, müvafiq qurumlar Rusiya hərbi kontingentinin komandanlığına meşələrimizdəki yanğının söndürülməsi üçün tədbir görülməsi xahişi ilə müraciət edəcək...
Zəruri xatırlatma:
Xatırladaq ki, 30 ilə yaxın işğal müddətində ətrafındakı meşələrdə yanğınların baş verdiyi sözügedən Təpəkənd (“Tonaşen”) kəndində qondarma “müdafiə ordusu”nun elit sayılan “Yexnikner”(“Marallar”) adlanan hərbi hissəsi yerləşib. Və son məlumatlara görə, həmin qanunsuz hərbi birləşmə hələ də yerindədir...

Azərbaycan Müdafiə Nazirliyi 44 günlük savaş dövründə 2020-ci il noyabrın 5-də Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Təpəkənd (“Tonaşen”) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdılması haqda məlumat yaymışdı...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
2-08-2021, 16:15
Qorbaçov Qarabağı ermənilərə niyə vermədiyini etiraf edib
10-09-2024, 07:31
Moskvaya dron hücumu - Ölən və yaralanan var
12-07-2025, 18:49
Trampı internetdə ölümlə hədələyən şəxs həbs olunub
2-05-2024, 17:01
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
31-08-2021, 21:08
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
20-05-2025, 16:00
Ramiz Mehdiyev məni institutdan çıxarmaq istəyirdi- Misir Məradnov
1-10-2022, 18:43
Polşa və Fransa XİN Ermənistan - Azərbaycan sərhədinə ATƏT missiyasının göndərilməsini müzakirə ediblər
23-05-2021, 14:59
Hulusi Akar: “Yanvar ayından indiyədək 1107 terrorçu məhv edilib”
9-01-2022, 11:18
AzTV-də özünü güllələyən polisin FOTOSU
17-11-2024, 10:40
Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşü işini davam etdirir - FOTOLENT


















