Ana Sayfa > Karusel / Qarabağ > Ermənilər, bir həftədir, Tərtər meşələrindəki yanğını söndürə bilmir...-FOTOLAR

Ermənilər, bir həftədir, Tərtər meşələrindəki yanğını söndürə bilmir...-FOTOLAR


23-08-2021, 17:14. Yazar: Admin
Ermənilər, bir həftədir, Tərtər meşələrindəki yanğını söndürə bilmir...-FOTOLAR
“Yəqin ki, müvafiq qurumlar Rusiya hərbi kontingentinin komandanlığına meşələrimizdəki yanğının söndürülməsi üçün tədbir görülməsi xahişi ilə müraciət edəcək...”
 
Azərbaycan Respublikası Tərtər rayonunun 10 Noyabr razılaşmasından sonra Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni  rejiminin, əslində elə dolayısıyla Ermənistanın nəzarətində qalan hissəsindəki meşəlik ərazilərdən birində bir həftədən çoxdur, başlayan yanğın hələ də söndürülməyib.
Qarabaginfo.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, yanğın əsasən Tərtər rayonunun Təpəkənd(“Tonaşen”) kəndi yaxınlığındakı meşələri bürüyüb. 
Separatçı rejimin qanunsuz fövqəladə hallar xidmətindən bildirilib ki, yanğınsöndürmə işləri gecə -gündüz davam edir.
 
Guya erməni yanğınsöndürənlərin sayəsində “Üç uşaq” adlanan məbədlərdən birinin yaxınlığındakı yanğın söndürülsə də,  coğrafi baxımdan daha mürəkkəb bir əraziyə keçib.
Azərbaycana məxsus  meşələrdə əsasən ağcaqayınlar, palıdlar, vən və vələs ağacları yanıb.
 
İlkin məlumatlara görə, 60 hektara yaxın ərazi tamamilə yanıb.
 
Zəruri şərh: 
 
Bəhs edilən ərazi ermənilərin nəzarətində olsa da, hüquqi cəhətdən Azərbaycan Respublikasına məxsusdur və yaxın gələcəkdə həmin meşələrdən Azərbaycan dövləti və xalqı da yararlanacaq. Odur ki, yəqin ki, müvafiq qurumlar Rusiya hərbi kontingentinin komandanlığına meşələrimizdəki yanğının söndürülməsi üçün tədbir görülməsi xahişi ilə müraciət edəcək...
 
Zəruri xatırlatma: 
 
Xatırladaq ki, 30 ilə yaxın işğal müddətində  ətrafındakı meşələrdə  yanğınların baş verdiyi sözügedən Təpəkənd (“Tonaşen”) kəndində qondarma “müdafiə ordusu”nun elit sayılan “Yexnikner”(“Marallar”) adlanan hərbi hissəsi yerləşib. Və son məlumatlara görə, həmin qanunsuz hərbi birləşmə hələ də yerindədir...  
Azərbaycan Müdafiə Nazirliyi 44 günlük savaş dövründə 2020-ci il noyabrın 5-də  Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Təpəkənd (“Tonaşen”) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdılması haqda məlumat yaymışdı...
(Moderator.az)
 

Geri dön