Saytımızı qiymətləndirin


 
 

Sabah Bakıda 37 dərəcə isti olacaq
Tarix: 23-08-2021 | Saat: 12:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sabah Bakıda 37 dərəcə isti olacaq

 

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.



Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər
30-12-2017, 14:14 Şəkidə dağ yanır - Foto