Yunan həkim Xankəndində - Hamilə qadınlara və yeniyetmələrə ginekoloji dəstək verəcək...
Tarix: 23-08-2021 | Saat: 11:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1389 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-08-2021 | Saat: 11:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Hələ bu ilin yanvar ayında RF XİN rəhbəri Sergey Lavrov rəsmən bildirdi ki, Laçın dəhlizi istiqamətindəki Azərbaycan – Ermənistan dövlət sərhədindən Ermənistan və Rusiya vətəndaşları keçə bilər. 10 noyabr bəyanatında isə bu barədə razılaşma olmadığını Lavrov xüsusi vurğuladı.
Qarabaginfo.az xəbər verir ki, qondarma qurumun "Artsaxpress” saytı isə bu gün Yunanıstandan Xankəndinə həkim gəldiyi barədə məlumat yayıb.
Məlumatda deyilir ki, 17 avqustdan etibarən Afina milli universiteti ginekologiya kafedrasının müəllimi tibb elmləri doktoru Sofiya İvanidu Xankəndində ginekoloji problemləri olan qadınları və yeniyetmə qızları müayinə edərək həkim məsləhətləri verib.
Sofiya İvanidu sayta bildirib ki, hələ müharibənin başladığı ilk gündən Qarabağa gəlmək istəyib.
Tibbi yardım humanitar sahə sayılsa da, bu o demək deyil ki, istənilən ölkənin həkimləri Azərbaycan sərhədini icazəsiz keçib gəlməlidir. Bu fakt onu göstərir ki, Rusiya sülhməramlılarının sərhəd yoxlaması formal xarakter daşıyır və oradan istənilən ölkənin vətəndaşı sərbəst keçə bilir. Sabah ASALA terrorçularının əməliyyat şurası Xankəndində toplansa təəccüb etməyin...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
20-05-2022, 22:31
ABŞ Prezidentinin son təbrik məktubu hansı notlarla zəngindir?
11-06-2024, 12:54
Ərdoğan 18 il sonra yenidən CHP QƏRARGAHINDA
29-10-2021, 10:12
Azərbaycan qazı Bolqarıstana Rusiya qazından dörd dəfə ucuz başa gəlir
23-01-2019, 13:23
Sabaha olan hava PROQNOZU: Külək güclənəcək
1-10-2020, 16:59
Ermənilər Azərbaycanın yaşayış məntəqələrini, dinc əhalini və mülki obyektləri hədəfə alıb - FOTOSESSİYA
16-04-2021, 14:40
Bakıda gənc oğlanı qatar vurdu, araşdırma başladı
31-10-2025, 10:11
Almaniya ABŞ və Rusiyanı nüvə sınaqlarından çəkinməyə çağırıb
11-09-2024, 10:13
KİV: Tramp və Harris arasındakı debatda nokaut qeydə alınmayıb

















