Saytımızı qiymətləndirin


 
 

Paşinyan deyib: “Mən nə edim ki, Azərbaycan onları qaytarmır?..”
Tarix: 19-08-2021 | Saat: 16:58
Bölmə:Karusel / Region | çapa göndər

İkinci Qarabağ müharibəsində övladları itkin düşmüş və ya silahla Azərbaycan ərazilərinə qanunsuz keçdiklərinə görə barələrində məhkəmə hökmü çıxarılmış Ermənistan vətəndaşlarının valideyinləri bu gün Yerevanda Milli Təhlükəsizlik Xidmətinin qarşısına toplaşıblar.

Qarabaginfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar hakimiyyətin 10 aydan çoxdur məsələyə laqeyd yanaşdığını, itkin düşənlərin axtarışı və əsir hesab etdikləri şəxslərin qaytarılması üçün yetərli iş görmədiyini deyirlər. Toplaşanlar xüsusi xidmət orqanının binasına zorla daxil olmağa çalışıblar, deyiblər ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazayan onları qəbul etməsə dağılışmayacaqlar.

Nəhayət Etirazçıların bir qrupunu Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan qəbul edib. Bu görüşün nəticəsi haqda məlumat verilmir. Amma itkin düşənlərdən birinin valideyni binanın qarşısında jurnalistlərə daha əvvəl baş nazir Nikol Paşinyanla görüşlərindən epizod danışıb.

“Mən sonuncu dəfə baş nazirlə görüşəndə təəcüblü bəyanat verdi: dedi ola bilsin bizim uşaqlar həqiqətən Azərbaycanda əsirlikdədir, amma onları qaytarmırlarsa mən nə edim? Dedi mən onlardan soruşuram, deyirəm bizim əsirlər var, cavab verirlər ki, yoxdur. Sonra baş nazir qələmdən misal gətirdi: “Qələm cibindədir, deyirəm, verin mənə. Cavab verirlər ki, qələm yoxdur”. Mən soruşdum: “Bəs sonra nə olsun?”. Dedi “heç nə”. Bax bu baş nazirin verdiyi cavabdır”,-etiraz aksiyasının iştirakçısı danışıb.

Qeyd edək ki, Azərbaycan hərbi əməliyyatlar dövründə əsir götürülmüş bütün Ermənistan hərbçilərini qaytarıb. Lakin hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan ərazilərinə daxil olan və Hadrut ətrafında möhkəmlənməyə çalışan erməni silahlı dəstəsinin üzvlərindən bir hissəsi törətdikləri əməllərə görə məhkəmə tərəfindən mühakimə edilib, barələrində həbs cəzası verilib.

virtualaz.org



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər