Saytımızı qiymətləndirin


 
 

“Ciddi məsələdir, prezidentin nəzarətindədir” - Nazirdən ilk açıqlama
Tarix: 19-06-2018 | Saat: 16:59
Bölmə:Karusel / Sosial | çapa göndər

 

“Ciddi məsələdir, prezidentin nəzarətindədir”

 

Çox narahatedici və təəssüfedici haldır ki, bir neçə gün ərzində pambıq sahələrində kütləvi zəhərlənmə halları baş verir.

"Qarabaginfo" “Qafqazinfo” istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov İmişlidə pambıqdan zəhərlənənlərə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında bildirib:

“Bu, çox ciddi məsələdir. Cənab prezidentin birbaşa nəzarətindədir. Həm Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, həm Baş Prokurorluğun rəhbərliyi, Səhiyyə, Fövqəladə Hallar Nazirliyi və bütün dövlət qurumları hazırda İmişlidədir.

Bilirsiniz ki, pambıq texniki bitkidir, kimyəvi maddələrin tətbiqi qaçınılmazdır. Həm İmişli, həm də Saatlıda baş verənlər özəl şirkətlərin becərdiyi, idarəçiliyində olan ərazilərdə baş verib. Özəl şirkətlər, fermerlər təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Əlbəttə dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. İstintaqın nəticələrini gözləyirik. İki versiya var: Ya ölkəyə idxal olunan dərmanların keyfiyyəti aşağıdır, ya da qulluq zamanı şirkətlər təhlükəsizlik qaydalarını pozublar.

Bugünkü vəziyyətlə bağlı isə hər şey qaydasındadır. İşçilərin vəziyyəti normaldır, bu gün evlərinə buraxılacaqlar



Xəbəri paylaş

558 dəfə oxunub.

Digər xəbərlər
10-06-2022, 15:45 Gədəbəyə dolu yağıb