Gürcüstandakı erməni separatçıları Araikə dəstək üçün Xankəndinə gəldi… - FOTO
Tarix: 10-08-2021 | Saat: 10:24
Bölmə:Karusel / Region | çapa göndər
1422 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-08-2021 | Saat: 10:24
Bölmə:Karusel / Region | çapa göndər

Dünən –avqustun 9-da Gürcüstanın Cavaxetiya əyalətində kompakt yaşayan ermənilərin separatçı “Cavakx ermənilərin yanındadır” “xeyriyyə” fondunun rəhbərləri Azərbaycanın müvəqqəti olaraq rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərinə gəlib.
Qarabaginfo.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
Gürcüstandan gələn erməni separatçılar Xankəndindəki separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı sayılan Araik Arutyunyanla görüşüb.
Görüşdə Araik 44 günlük müharibə zamanı Cavaxetiya separatçılarının erməni xuntasına fəal dəstəyindən danışıb.
Görüşün sonunda separatçı rəhbər üzdəniraq erməni fondunun rəhbəri Karen Papikyana minnətdarlıq məktubu təqdim edib.
Zəruri arayış:
Cavaxetiya- rəsmən Samstxe-Cavaxeti adlanır. Gürcüstan Respublikasının doqquz diyarından biridir. Cənubi Gürcüstanda yerləşir və kənd təsərrüfatı bölgəsi kimi tanınır. Samtsxenin mərkəzi Axaltsixe, Cavaxetinin mərkəzi isə Axalkalaki şəhəridir.
Diyar əhalisinin 50 faizindən çoxunu təşkil edən ermənilər əvvəllər də və xüsusən 1988-ci ildən bəri əsasən Moskvanın dəstəyinə güvənərək bu Gürcüstan torpağında da muxtariyyət və sonda Ermənistana birləşmə tələb edərək separatçı fəaliyyətə başlayıb.
“Cavakx” da separatçıların istifadə etdiyi addır. Belə ki, guya “Böyük Ermənistanın” əyalətlərindən biri “Cavakx” adlanırmış.
(Moderator)
Xəbəri paylaş
Digər xəbərlər
25-03-2023, 13:37
Gürcüstanı müharibəyə cəlb etmək istəyirlər - Baş nazir
6-06-2026, 09:44
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
15-11-2023, 17:53
Paşinyandan KTMT açıqlaması: Düşünməyə vaxt vermişik...
1-04-2022, 22:12
Ukrayna ordusu Buça şəhərini Rusiya hərbçilərindən azad edib
10-03-2022, 11:33
DİM 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirəcək
29-09-2023, 14:12
ABŞ Prezidenti Bayden Qazaxıstana səfər edə bilər
1-02-2022, 23:36
"Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum" - Tağı Əhmədov
24-04-2024, 07:55
Şoyqunun müavini saxlanıldı
15-05-2023, 16:09
Prezident Gürcüstan parlamentinin sədrini qəbul edib
25-11-2022, 11:44
Türkiyəli nazir açıqladı: 326 terrorçu məhv edilib
















