ABŞ-ın Qazaxıstandakı səfiri Deniel Rozenblum Birləşmiş Ştatların dövlət başçısı Cozef Baydenin Qazaxıstana mümkün səfərini şərh edib.
Kazinform agentliyinin məlumatına görə, səfir ABŞ liderinin Qazaxıstana və Mərkəzi Asiya regionuna artan marağını vurğulayıb və səfərin mümkünlüyünü istisna etməyib.
Xatırladaq ki, ötən həftə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorka səfəri zamanı bir neçə miqyaslı tədbirdə, o cümlədən Mərkəzi Asiya ölkələri və ABŞ liderlərinin ilk sammitində iştirak edib.