Ana Sayfa > Karusel / Region > Gürcüstandakı erməni separatçıları Araikə dəstək üçün Xankəndinə gəldi… - FOTO
Gürcüstandakı erməni separatçıları Araikə dəstək üçün Xankəndinə gəldi… - FOTO10-08-2021, 10:24. Yazar: Admin |
Dünən –avqustun 9-da Gürcüstanın Cavaxetiya əyalətində kompakt yaşayan ermənilərin separatçı “Cavakx ermənilərin yanındadır” “xeyriyyə” fondunun rəhbərləri Azərbaycanın müvəqqəti olaraq rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərinə gəlib.
Qarabaginfo.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
Gürcüstandan gələn erməni separatçılar Xankəndindəki separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı sayılan Araik Arutyunyanla görüşüb.
Görüşdə Araik 44 günlük müharibə zamanı Cavaxetiya separatçılarının erməni xuntasına fəal dəstəyindən danışıb.
Görüşün sonunda separatçı rəhbər üzdəniraq erməni fondunun rəhbəri Karen Papikyana minnətdarlıq məktubu təqdim edib.
Zəruri arayış:
Cavaxetiya- rəsmən Samstxe-Cavaxeti adlanır. Gürcüstan Respublikasının doqquz diyarından biridir. Cənubi Gürcüstanda yerləşir və kənd təsərrüfatı bölgəsi kimi tanınır. Samtsxenin mərkəzi Axaltsixe, Cavaxetinin mərkəzi isə Axalkalaki şəhəridir.
Diyar əhalisinin 50 faizindən çoxunu təşkil edən ermənilər əvvəllər də və xüsusən 1988-ci ildən bəri əsasən Moskvanın dəstəyinə güvənərək bu Gürcüstan torpağında da muxtariyyət və sonda Ermənistana birləşmə tələb edərək separatçı fəaliyyətə başlayıb.
“Cavakx” da separatçıların istifadə etdiyi addır. Belə ki, guya “Böyük Ermənistanın” əyalətlərindən biri “Cavakx” adlanırmış.
(Moderator)
Geri dön |