Saytımızı qiymətləndirin


 
 

Yunanıstanda yanğına görə minlərlə insan evini tərk edir - Fotolar
Tarix: 04-08-2021 | Saat: 16:49
Bölmə:Karusel / Gündəm / Dünya | çapa göndər

Yunanıstanda yanğına görə minlərlə insan evini tərk edir

 

Yunanıstanda meşə yanğınları davam edir.

Qarabaginfo.az xəbər verir ki, paytaxt Afina şəhərindən 20 km məsafədə yerləşən Varipombidəki alovlar bir neçə evi külə döndərib.

Məlumata əsasən, bu bölgədə yanğın riski hələ çox yüksəkdir və burada ard-arda partlayış səsləri eşidilib. Yanğınlar səbəbindən Afina-Selanik avtomobil yolu bağlanıb. 

“Reuters” agentliyinin məlumatına görə, paytaxtın bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ölkə rəhbərliyi paytaxt sakinlərindən evlərindən bayıra çıxmamalarını tələb edib.

Bununla yanaşı, Varipombidən havaya qalxan dumanlar bütün bölgəyə yayıldığından Afina və ətrafındakı bölgələrin sakinlərindən qapı və pəncərələrini bağlamaq da tələb edilib. 

Evdən çıxmağa məcbur olanlara isə "N 95" tipli maskadan istifadə etmək tövsiyə edilib. 

Bildirilir ki, Afinanın şimalında yerləşən Parnitha dağının ətəklərində davam edən yanğını söndürmək üçün 500 yanğınsöndürən, 9 helikopter, 5 təyyarə, polis və ordu birlikləri cəlb olunub. 

Ölkənin Baş naziri Kiryakos Miçotakis yanğınlarda həlak olanların olmadığını qeyd edib. 

Bununla belə, “Associated Press” agentliyinin yaydığı məlumata görə, minlərlə insan öz evini tərk etmək məcburiyyətində qalıb. Bildirilir ki, dünəndən indiyə qədər ölkədə 81 meşə yanğını başlayıb. Hazırda həm adalarda, həm də quruda yanğınlar davam edir. 

Eğriboz yarımadasında Limni kəndinin yaxınlığında 150 ev yanaraq külə dönüb. Yerli idarə orqanları fövqəladə vəziyyətin elan olunması üçün dövlətə çağırış edib. 

Ölkədə hazırda müşahidə edilən isti hava şəraiti öz növbəsində yanğınlara təkan verir. Hazırda ölkədə son 35 ilin ən isti havası müşahidə edilir. Bəzi bölgələrdə havanın temperaturu müsbət 46 dərəcəyə çatır.

 








 



Xəbəri paylaş

323 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70