Rəsmi Yerevan: Azərbaycan-Ermənistan sərhədi boyu Rusiya qoşunları yerləşdiriləcək
Tarix: 29-06-2021 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
391 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-06-2021 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Rusiyanın sərhəd qoşunları Ermənistanla Azərbaycan arasında sərhəddə duracaq, sonra demarkasiya və delimitasiya olacaq, bundan sonra Ermənistan və Azərbaycan Sərhəd Qoşunları sərhəddə duracaqlar".
Qarabaginfo.az bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.
Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib ki, əgər Ermənistanın "öz gücü çatmasa, həmin yerlərdə Rusiya qoşunları dayanacaqlar. Qəti qərara alınıb ki, Rusiya sərhədçiləri sərhəddə duracaqlar".
Bir müddət əvvəl "Azadlıq Radiosu"nun erməni redaksiyası Yerevanla Moskvanın Ermənistanda Rusiya hərbi bazasının genişləndirilməsi ilə bağlı danışıqlara başladıqlarını bildirmiş, bu məqsədlə Müdafiə Nazirliyinin, XİN-in, Ərazi idarəetmə və İnfrastruktur nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının, Ermənistan-Rusiya Birləşmiş Qrupunun, həmçinin Kadastr komitəsinin yüksək vəzifəli nümayəndələrindən ibarət erməni nümayəndə heyətinin Rusiya paytaxtına yola düşdüyünü yazmışdı.
Radio həmçinin xatırlatmışdı ki, Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Syunik vilayətində (Zəngəzur) ümumi sahəsi 3,5 hektara yaxın olan torpaq sahəsinin pulsuz istifadə hüququ ilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən sərhəd İdarəsinə ayrılması barədə qərar qəbul edilib. O da vurğulanmışdı ki, həmin 7 torpaq sahəsi Ermənistan hökumətinin "9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ermənistanın cənub-şərq sərhədlərini möhkəmləndirmək lazımdır” əsaslandırmasına əsasən Rusiya sərhədçilərinin istifadəsinə keçir.
Söhbət Laçın və Kəlbəcər rayonları istiqamətindən keçən dövlət sərhədindən gedir, hansı ki, Azərbaycan Silahlı Qüvvələri sovet dövrü xəritələrinə əsasən artıq həmin sərhədlərdə möhkəmlənib.

Xəbəri paylaş
Digər xəbərlər
10-06-2022, 15:14
248 uşaq övladlığa verilib - Nazir
13-07-2022, 22:22
Kilsədağ məbəd kompleksində ictimai bina qalıqları aşkar edilib
13-09-2025, 10:10
Tramp Putin və Zelenskinin hərəkətlərindən təəccüblənib
2-01-2025, 11:19
Milli Qəhrəman Polad Həşimovun məzarı ziyarət edilib
30-10-2022, 22:33
Mikayıl Cabbarov qətərli həmkarı ilə görüşdü
4-03-2021, 11:09
Bakıda avtomobil 10 yaşlı qızı vurub, sürücü qaçıb
19-03-2022, 10:55
Masallıda kəndi su basdı, 9 ailə təxliyə olundu - Video
22-10-2024, 11:17
Rəsmi Moskva: Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riski var
13-01-2026, 08:11
Fransa Ukraynanın Aİ vəsaiti hesabına Avropa istehsalı olmayan silahları almasını məhdudlaşdırmaq istəyir