Saytımızı qiymətləndirin


 
 

Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək
Tarix: 25-06-2021 | Saat: 10:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək


Qarabaginfo.az xəbər verir ki, Aİ Şurası Moskvadan “daha konstruktiv münasibət” sərgiləməsi, bundan başqa, “Aİ və Aİ üzvü olan ölkələrlə üçüncü ölkələrə qarşı hərəkətlərini dayandırması”nı tələb edib.

Bəyanatda Aİ-nin münasibətində dəyişiklik olması üçün Rusiyaya “Minsk müqaviləsinin tətbiqi” çağırışı edilib.

Rusiyanın “qanunazidd, dağıdıcı və zərərli hərəkətlər sərgilədiyi” bildirilən bəyanatda buna Aİ üzvlərinin “sağlam və koordinasiyalı qarşılıq verməsinin” vacibliyi ifadə olunub.

Bildirilib ki, Aİ tərəfdaşları ilə koordinasiyalı şəkildə əlindəki vasitələrdən yararlanmalıdır:

“Bu məqsədlə Aİ Şurası Aİ Komissiyası və Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsini iqtisadi sanksiyaları da ehtiva edən əlavə məhdudlaşdırıcı tədbir seçimlərini təqdim etməyə dəvət edir”.

 

 



Xəbəri paylaş

317 dəfə oxunub.

Digər xəbərlər