Kərim Kərimli onları qınadı....
Tarix: 18-06-2021 | Saat: 14:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Köçəryandan gözlənilən etiraf" başlığı ilə xəbər yayılıb.
2520 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-06-2021 | Saat: 14:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Köçəryandan gözlənilən etiraf" başlığı ilə xəbər yayılıb.Əvvəla "Şuşa"ya "Şuşa" demək hələ Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf etmək demək deyil;
İkincisi, Köçəryan çox yaxşı bilir ki, Şuşanın adı Şuşadır və ona erməni cəmiyyətinin duzsuz və düşük hissəsi kimi "Şuşi" deməklə quyu sulu olan deyil;
Üçüncüsü, işğalçı, qatil, cəllad və cani olan Köçəryanı istənilən səbəb və ya bəhanə ilə reklam etmək lazım deyil. Paşinyan da onun tayı olsa da, Köçəryanın Azərbaycana - öz ölkəsinə, öz Vətəninə, vətəndaşı olduğu ölkəyə qarşı törətdiyi cinayətlər onunkundan qat-qat artıqdır;
Dördüncüsü, Köçəryan elə həmişə Şuşaya Şuşa deyib. Məsələn, 1998-ci ildə Ermənistanın prezidenti olduğu vaxt kabinetində onunla görüş zamanı məndən şuşalı dostu Zahid Abbasovu soruşmuşdu:
- Zahid necədir? Harada yaşayır? Neyləyir, nə işlə məşğuldur?
- Yaxşıdır. Bakıda müvəqqəti məskunlaşıb. Elə əvvəlki işindədir. Şuşa rayon Mədəniyyət şöbəsinin müdiridir.
- Necə yəni? Şuşa rayonu var ki, Mədəniyyət şöbəsi də ola? Necə mədəniyyət şöbəsinin müdiri işləyə bilər?
- Əlbəttə, var, - dedim. - Şuşa rayonu da var, onun Mədəniyyət şöbəsi də. Rayonun müvəqqəti işğalı o demək deyil ki, rayon yoxdur. Biz bütün dövlət qurumlarını, rəsmi idarə və müəssisələri, dövlət büdcəsindən maliyyələşən təşkilatları olduğu kimi saxlamışıq ki, Şuşa azad olunandan sonra geriyə qayıdanda yenidən nə isə yaratmağa ehtiyac və bunda çətinlik olmasın. Fəaliyyətini davam etdirən qurumları olduğu hazır şəkildə birbaşa Şuşaya köçürək. Həm Şuşaya, həm də hazırda işğal altında olan digər bütün bölgələrə.
- Aydındır, - deyə başını tərpədib cavab verdi. - Zahidə məndən çoxlu salam deyin. Deyin ki, narahat olmasın, Şuşaya qayıdanda mən ona şəxsi əlaqəmizə görə ("po blatu") daha yaxşı iş düzəldəcəyəm...
- Sizin salamınızı çatdıraram, - deyə güldüm, - ancaq biz Şuşaya qayıdanda oralar artıq sizlik olmayacaq. Siz o zaman sağ olsanız mühakimə olunacaqsınız. Ədalət məhkəməsi qarşısında...
(Bu aramızda olan dialoqun kiçik bir parçasıdır.)
Xəbəri paylaş
Digər xəbərlər
2-11-2021, 10:49
İsrail səfiri Gəncədə səfərdədir
25-09-2021, 15:33
Somalinin paytaxtında güclü partlayış olub - YENİLƏNİB
28-12-2022, 10:20
Balakəndə çay kənarında silah-sursat tapıldı - Foto
22-09-2025, 16:21
Aİ Azərbaycanda minatəmizləmə əməliyyatlarına 23 milyon avro ayırır
1-03-2021, 16:02
Prezident Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının açılışını edib - YENİLƏNİB
11-11-2024, 10:22
İraq Prezidentinin Azərbaycana səfəri başlayıb
12-02-2026, 20:39
Kavelaşvili: Gürcüstan regional sülh prosesinə xarici aktorların qoşulmasını alqışlayır
8-10-2024, 17:20
Lukaşenko: Belarusa hücum Ukraynanın hərbi cəhətdən süqutu deməkdir

















