Saytımızı qiymətləndirin


 
 

Baydenlə Putin bu gün görüşəcək
Tarix: 16-06-2021 | Saat: 10:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Baydenlə Putin bu gün görüşəcək

 

Bu gün Rusiya Prezidenti Vladimir Putin Cenevrədə amerikalı həmkarı Co Bayden ilə danışıqlar aparacaq.

Qarabaginfo.az xəbər verir ki, Ağ evin açıqladığı detallara görə, görüşdən öncə saat 14:25-də hər iki ölkənin dövlət başçıları İsveçrə Prezidenti ilə fotosessiya edəcək. Görüş Villa La Qranjda baş tutacaq.

Sammit 4-5 saat davam edəcək və ilk öncə qısa bir hissədən daha sonra çay-qəhvə fasiləsi ilə iki geniş hissədən ibarət olacaq.

Saat 14:35-də Prezidentlər arasında ikitərəfli görüşün, 15:55-də heyətlərin iştirakı ilə genişləndirilmiş iclasın 1-ci turu, 17:40-da isə 2-ci tur genişləndirilmiş görüşün olacağı planlaşdırılır.

Rusiya nümayəndə heyətinə Sergey Lavrovdan əlavə xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Yuriy Uşakov, Baş qərargah rəisi Valeri Gerasimov və mətbuat katibi Dmitri Peskov da daxildir.

Danışıqların sonunda Prezidentlərin ortaq mətbuat konfransının keçirilməsi planlaşdırılmır.

Sammitin gündəliyində strateji sabitlik, pandemiya, kiber cinayətlərlə mübarizə, iqtisadi əməkdaşlıq, iqlim dəyişikliyi, Arktika və regional münaqişələr - Ukrayna, Suriya, Liviya, Əfqanıstan və Qarabağ məsələləri yer alır.

Bunlarla yanaşı ikitərəfli münasibətlərin həll edilməmiş problemləri, üçüncü ölkələrdə rus vətəndaşlarının saxlanılması, səfirliklərin fəaliyyəti də müzakirə ediləcək.



Xəbəri paylaş

291 dəfə oxunub.

Digər xəbərlər