Saytımızı qiymətləndirin


 
 

Bakı Dəniz Vağzalının ərazisində avtomatlı şəxs tutulub
Tarix: 26-02-2018 | Saat: 14:30
Bölmə:Karusel / Kriminal | çapa göndər

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

"Qarabaginfo" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Apa.az"a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəniz Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.

 

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.

      

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir



Xəbəri paylaş

655 dəfə oxunub.

Digər xəbərlər