Saytımızı qiymətləndirin


 
 

Qaregin Njdenin nəvəsi: “Babam Azərbaycanın qələbəsini görsəydi, dəli olardı"
Tarix: 10-06-2021 | Saat: 10:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

“Həmişə bu barədə düşünürəm. Yəqin ki, Njde Azərbaycanın qələbəsini görsəydi, dəli olar, ürəyi partlayardı”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın nəvəsi, Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin dosenti, aktrisa Qoarina Baxşiyevna Trdatyan-Njde Ermənistan mətbuatına müsahibəsində deyib.

“Njdenin indi anadan olmasını istərdim, onun xalqa anormal sevgisi var idi”, - deyə o bildirib.

Xatırladaq ki, Qaregin Njde ləqəbli Qaregin Ter-Arutyunyan İkinci Dünya müharibəsi illərində insanlıq əleyhinə cinayətlər törədən nasistlərin əlaltısı olub. 

Sovet qoşunları Bolqarıstana daxil olduqdan sonra, 10 oktyabr 1944-cü ildə Q.Njde SMERŞ tərəfindən tutulub və Moskvaya göndərilib. 1947-ci ildə SSRİ-də ölüm hökmü ləğv edildiyi üçün faşist cəllada 24 aprel 1948-ci ildə maksimum – 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, Yerevanda, Saratovda, Kuybışevdə, Rostovda həbsxanada saxlanılıb. Hətta qısa müddət Bakıda da qalıb.

Nəhayət, Vladimir həbsxanasına göndərilib. O, 1955-ci ildə Vladimir şəhərindəki xüsusi təhlükəli canilərin saxlanıldığı həbsxanada ölüb.( Qazet.az)



Xəbəri paylaş

1709 dəfə oxunub.

Digər xəbərlər