“Həmişə bu barədə düşünürəm. Yəqin ki, Njde Azərbaycanın qələbəsini görsəydi, dəli olar, ürəyi partlayardı”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın nəvəsi, Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin dosenti, aktrisa Qoarina Baxşiyevna Trdatyan-Njde Ermənistan mətbuatına müsahibəsində deyib.
“Njdenin indi anadan olmasını istərdim, onun xalqa anormal sevgisi var idi”, - deyə o bildirib.
Xatırladaq ki, Qaregin Njde ləqəbli Qaregin Ter-Arutyunyan İkinci Dünya müharibəsi illərində insanlıq əleyhinə cinayətlər törədən nasistlərin əlaltısı olub.
Sovet qoşunları Bolqarıstana daxil olduqdan sonra, 10 oktyabr 1944-cü ildə Q.Njde SMERŞ tərəfindən tutulub və Moskvaya göndərilib. 1947-ci ildə SSRİ-də ölüm hökmü ləğv edildiyi üçün faşist cəllada 24 aprel 1948-ci ildə maksimum – 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, Yerevanda, Saratovda, Kuybışevdə, Rostovda həbsxanada saxlanılıb. Hətta qısa müddət Bakıda da qalıb.
Nəhayət, Vladimir həbsxanasına göndərilib. O, 1955-ci ildə Vladimir şəhərindəki xüsusi təhlükəli canilərin saxlanıldığı həbsxanada ölüb.( Qazet.az)