Azərbaycanda keçiriləcək buraxılış imtahanlarının vaxtı açıqlandı
Tarix: 09-06-2021 | Saat: 17:46
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1452 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-06-2021 | Saat: 17:46
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İyunun 16-da Bakı şəhərinin Yasamal, Xəzər, Xətai rayonlarında, həmçinin Göygöl, Tovuz, Gədəbəy, Oğuz, Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan rayonlarında, iyunun 17-də isə Bakı şəhərinin Binəqədi, Sabunçu, Pirallahı rayonlarında, həmçinin Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə), Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, iyunun 17-də Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Masallı, Xaçmaz, Cəlilabad və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, “hissə”lərlə adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan günlərdə hansı məktəblərin şagirlərinin imtahan verməsi haqqında məlumat açılır.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Xəbəri paylaş
Digər xəbərlər
3-02-2022, 19:37
Türkiyə ilə Ukrayna PUA istehsalına dair müqavilə imzalayıb
24-03-2021, 17:26
Prezident İlham Əliyevin daha bir təşəbbüsü BMT-də qəbul edildi - TƏHLİL
17-11-2023, 10:55
"Uşaq hüquqları haqqında" qanunda dəyişikliklər edilir
27-08-2022, 20:57
İranın Azərbaycanla ticarət dövriyyəsi artıb
24-10-2022, 22:14
Müdafiə Nazirliyi: Ermənistanın yaydığı məlumat yalandır
10-01-2023, 11:20
Müharibədə iştirak edən rus general qərargah rəisi təyin olundu
24-03-2022, 12:51
Azərbaycanda özəl sektorun kreditləşməsi 3%-dən çox artıb
17-08-2022, 21:24
Türkiyənin “Abdülhamid Han” gəmisi Aralıq dənizində ilk qazma işlərinə başlayıb - FOTO
6-08-2021, 09:54
Zaqatalada ağır qəza, ölən və yaralananlar var

















