Saytımızı qiymətləndirin


 
 

Sumqayıt sakini küçədə döyülərək öldürüldü
Tarix: 07-06-2021 | Saat: 11:28
Bölmə:Karusel / Kriminal | çapa göndər

İyunun 6-da şəhər sakini Vahid İmanlının almış oldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Sumqayıt şəhər prokurorluğundan Qarabaginfo.az-a verilən məlumatda biıdirilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

 

İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Xəbəri paylaş

1314 dəfə oxunub.

Digər xəbərlər
27-02-2023, 15:46 Hələb də silkələndi
18-09-2020, 13:39 Hava küləkli olacaq