Saytımızı qiymətləndirin


 
 

Rusiya səfirliyi şəhid jurnalistlərin ailəsinə başsağlığı verdi
Tarix: 04-06-2021 | Saat: 21:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Rusiyanın Azərbaycandakı Səfirliyi Kəlbəcərdə jurnalistlərin mina partlaması nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində qeyd edilib.

 

“Səfirlik bu gün Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin ailəsinə və yaxınlarına başsağlığı verir” - məlumatda deyilir.

 

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

 

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və Kəlbəcər rayon Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub.



Xəbəri paylaş

1304 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70