Saytımızı qiymətləndirin


 
 

Bu stansiyaların iş rejimilə bağlı yeni QƏRAR
Tarix: 03-10-2022 | Saat: 15:58
Bölmə:Karusel | çapa göndər

Bu stansiyaların iş rejimilə bağlı yeni QƏRAR

Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərin başlanması ilə əlaqədar sentyabr ayının 6-dan xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu.

 

Bu barədə Modern.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb:

 

"Sərnişinlər adi iş rejimi qaydasında Bənövşəyi xəttin stansiyalarının xidmətindən istifadə edə bilərlər. Xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları hər gün saat 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq".



Xəbəri paylaş

142 dəfə oxunub.

Digər xəbərlər