Saytımızı qiymətləndirin


 
 

“72 əsgərdən heç biri sağ qalmayıb, təsəvvür edirsiniz?” - PUA ilə məhv edilən erməni əsgərin atası
Tarix: 04-06-2021 | Saat: 16:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

“72 əsgərdən heç biri sağ qalmayıb, təsəvvür edirsiniz?” - PUA ilə məhv edilən erməni əsgərin atası

Qarabağ müharibəsində məhv edilmiş erməni hərbi qulluqçu Artyom Zaxaryan “Mənəm” proqramı üzrə erməni ordusuna çağrılıb.

Qarabaginfo.az xəbər verir ki, müharibə günlərində, 2020-ci il oktyabrın 11-də erməni hərbi qulluqçular 3 avtomobillə A nöqtəsindən B nöqtəsinə gediblər, lakin Azərbaycan Ordusu Hadrut-Cəbrayıl sektorunda onların yerini müəyyənləşdirib və onları PUA zərbələri ilə zərərsizləşdirib.

3 “Kamaz”da olan 72 erməni hərbi qulluqçudan heç biri xilas ola bilməyib. 19 yaşlı Artyom Zaxaryan bu erməni əsgərlərdən biri olub.

“72 əsgərdən heç biri sağ qalmayıb, hamısı ölüb, təsəvvür edirsiniz? Hərbi biletini pencəyinin içindən tapmağımıza baxmayaraq, Artyomumun meyiti də tanınmaz olub. Oğlumun meyitinin bir hissəsi Gorusda, digər hissəsi İrəvan morqunda idi: DNT vasitəsilə qalıqları tapmışıq”, - deyə erməni hərbi qulluqçunun atası Robert bildirib.(Ordu.az)



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70