Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu: "Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girsə, kimsə bizi dayandıra bilməz
Tarix: 19-02-2018 | Saat: 15:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

 


cavusoglu esed rejimi ypg ni qorumaq ucun afrine girse kimse bizi dayandira bilmez

Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi və Bəçər əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İordaniyada səfərdə olan M. Çavuşoğlu keçirilən mətbuat konfransında deyib ki, “Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir.

 

Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M. Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi  PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur: “Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz”.

 

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır



Xəbəri paylaş

622 dəfə oxunub.

Digər xəbərlər