Kəlbəcərin kəndində qanunsuz məskunlaşmış ermənilərə 22 yeni ev verildi...-VİDEO
Tarix: 02-06-2021 | Saat: 14:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1445 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-06-2021 | Saat: 14:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Şuşadan, Hadrutdan köçərək Kəlbəcərdə yeni ev aldılar...
Hələ bu ilin fevral ayında xəbər verdiyimiz kimi, inzibati-hüquqi cəhətdən Azərbaycanın Kəlbəcər rayonuna aid olan Kolatağ kəndində Milli Ordumuzun müzəffər savaşından sonra işğaldan azad olunmuş digər ərazilərimizdən köçmüş erməni ailələri üçün yeni evlər tikilməyə başlanıb.
Qarabaginfo.az xəbər verir ki, “Civil_NET” erməni nəşrinin yaydığı məlumata görə, erməni “xeyriyyəçi” Ayk Maqakelyanın maliyyə dəstəyi sayəsində bu Azərbaycan kəndində tikilmiş yeni 24 evdən 22-i artıq köçkün(?) ermənilərin istifadəsinə verilib.
Nəşrin müxbirləri Kəlbəcərin Kolatağ kəndində olub və Şuşadan, Hadrutdan köçərək burada yeni evlər almış ermənilərlə söhbət edib.
Zəruri məlumat:
1992-ci ilədək Ağdərə rayonuna daxil olmuş Kolatağ kəndi Qırxqız dağ silsiləsindən axıb Xaçınçay çayına tökülən eyniadlı çayın sol sahilində, Xocalı rayonu ərazisindəki 1706 metr dağ yüksəkliyindən 3 km məsafədə yerləşir. Kəndin adının əsli Kolətəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır.
Kənd 1993-cü ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
19-01-2023, 10:58
Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək
22-01-2022, 08:47
Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopteri təcili eniş edib
23-05-2024, 11:43
Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
17-12-2022, 13:26
Kərim Vəliyev hərbi hissələrdə qəfil yoxlama keçirdi - FOTOLAR
16-02-2021, 12:52
Zəngilanın Babaylı kəndi
1-04-2026, 14:12
Starmer: Böyük Britaniya Yaxın Şərqdə müharibəyə qoşulmayacaq
10-02-2026, 16:43
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11-02-2022, 19:51
Ötən il 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
25-10-2026, 10:20
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb

















